Logo
shadow

Təlimçi

Teymur Əsgərov

Teymur Əsgərov rəqəmsal məhsul inkişafı və innovasiya sahəsində 8 ildən çox təcrübəyə malikdir. O, bankçılıq, fintech və digər rəqəmsal ekosistemlərdə məhsul strategiyalarına rəhbərlik edib və müxtəlif rəqəmsal layihələrin uğurla həyata keçirilməsinə töhfə verib. Onun təcrübəsi rəqəmsal platformaların hazırlanması, məhsul ekosistemlərinin inkişafı və süni intellekt texnologiyalarının məhsullara tətbiqi kimi geniş istiqamətləri əhatə edir. O, həmçinin Agile metodologiyalarının tətbiqi və yüksək performanslı məhsul komandalarının qurulması üzrə ixtisaslaşıb. Təlim zamanı iştirakçılara məhsulun ideyadan bazara çıxışına qədər olan əsas mərhələlərini – istifadəçi tədqiqatı, MVP dizaynı, eksperimentlərin aparılması, ölçüləbilən nəticələrə əsaslanan qərarvermə və strateji məhsul planlaşdırması kimi mövzuları praktik nümunələrlə izah edərək tətbiqi biliklər qazandırır. Təlim, iştirakçıların bazarı anlama, istifadəçi problemlərini həll etmə və uğurlu məhsul strategiyaları qurma bacarıqlarını inkişaf etdirməyə yönəlib.


Sosial media hesabları

Azərbaycan, Bakı şəhəri, Nizami rayonu,Babək prospekti 79

Email: [email protected]

Telefon: 050 4446410

©Inrolin 2025 | Bütün hüquqlar qorunur