Logo
shadow

Təlimçi

Elvin Əsgərov

Elvin Əsgərov rəqəmsal marketinq sahəsində dərin praktiki bilik və real reklam təcrübəsinə malikdir. O, satış yönümlü strategiyalar və reklam platformalarının iş prinsipləri üzrə ixtisaslaşaraq bizneslərə ölçülə bilən nəticələr əsasında qərarvermə bacarıqları qazandırır. Təlimçi kimi iştirakçılara qlobal digital marketing yanaşması əsasında Meta, Google, LinkedIn, TikTok və E-mail platformalarında effektiv reklam kampaniyalarının qurulması, real büdcələrlə işləmə, reklam strukturlarının optimallaşdırılması, analitika və nəticələrin satışa çevrilməsi üzrə tam praktik tədris proqramı təqdim edir. Təlim prosesi real hesablar üzərindən, müəllimin büdcəsi ilə aparılan reklamlar əsasında qurulur və iştirakçılara real bazar təcrübəsi qazandırır. Elvin Əsgərovun təlimləri Azərbaycan və beynəlxalq bazarlara yönəlmiş qlobal digital marketing kursu formatında, real reklam ssenariləri əsasında hazırlanır. Proqram çərçivəsində yerli bazarda nadir tədris olunan Cloaking Ads modulu da daxil olmaqla, platforma qaydalarının dərin analizi və təsdiqlənməyən reklamların effektiv şəkildə aktivləşdirilməsi kimi qabaqcıl mövzular əhatə olunur. Onun əsas məqsədi iştirakçıları yalnız nəzəri biliklərlə deyil, qlobal bazarlarda rəqabət aparan, real nəticə yaradan, müstəqil və gəlir gətirən rəqəmsal marketinq mütəxəssisləri kimi formalaşdırmaqdır.


Sosial media hesabları

Azərbaycan, Bakı şəhəri, Nizami rayonu,Babək prospekti 79

Email: [email protected]

Telefon: 050 4446410

©Inrolin 2025 | Bütün hüquqlar qorunur