
Elvin Abdullayev 2007-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bitirmişdir. Karyerasına 2005-ci ildə GBS Infosystem-də Junior Programmer olaraq başlamış, Rabıtə və İnformasiya Texnologiyaları Nazirliyi, Sinam MMC, BM Technology və Azersun Holdinq-də müxtəlif proqram təminatı və layihələrdə iştirak etmişdir. 2016-cı ildən ölkənin aparıcı banklarından birində baş proqramçı və komanda lideri kimi Core Banking platformasının proqram təminatını sıfırdan inkişaf etdirmişdir. 2005-ci ildən etibarən proqramlaşdırma və texnologiyalar üzrə kurslar tədris edir, ASSEMBLER, COBOL, ASP.NET Core və REST API kimi dillərdə təcrübə qazandırmışdır. Həmçinin Rusiya və Türkiyədə informasiya təhlükəsizliyi və proqram təminatı üzrə əlavə təlimlərdə iştirak etmişdir.