
Kamran Əhmədov Microsoft Excel, MS Office və Business Excel üzrə ixtisaslaşmış peşəkar təlimçidir. Hazırda İnnab Business School və AIC Group LTD (Ədliyyə Nazirliyinin podratçısı) nəzdində təlimlər aparır və yüzlərlə iştirakçının peşəkar inkişafına töhfə verib. O, real iş həyatına uyğun praktiki nümunələr və analitik yanaşma ilə təlimlər keçir. Kamran müəllimin təlimlərində iştirak edənlər təkcə proqram bilikləri deyil, həm də analitik düşüncə, data ilə işləmə bacarıqları və avtomatlaşdırılmış hesabatlar hazırlamaq üzrə praktiki vərdişlər qazanırlar.