
İsmayıl Əzizov 8 illik təcrübəyə malik proqramlaşdırma mühəndisidir. O, Java, Spring Boot, obyekt yönümlü proqramlaşdırma və veb tətbiqlərin inkişafı sahəsində dərin bilik və təcrübəyə sahibdir. Hal-hazırda Birmarket şirkətində Engineering Tribe Lead vəzifəsində çalışır. ATL Academy-də Java proqramlaşdırma üzrə təlimçi kimi fəaliyyət göstərir. Dərsləri praktiki yönümlüdür və tələbələrin real layihələr üzərində bacarıqlarını inkişaf etdirməsinə yönəlib. Onun tədris etdiyi kurslar həm yeni başlayanlar, həm də inkişaf etmiş proqramçılar üçün uyğundur. O, Azərbaycan Dövlət Neft Akademiyasından bakalavr dərəcəsi alıb.