
Ulvi Aghajanov 7 ildən artıq təcrübəyə malik proqramlaşdırma mühəndisidir. O, Java, Spring Boot, mikroxidmət arxitekturası və bulud əsaslı tətbiqlər sahəsində dərin bilik və təcrübəyə sahibdir. Hal-hazırda Unibank şirkətində Rəqəmsal mühəndislik departamentinin rəhbəri vəzifəsində çalışır, daha öncə isə ABB və Unibank kimi qabaqcıl şirkətlərdə texniki liderlik rollarında fəaliyyət göstərib. Ulvi eyni zamanda ATL Academy-də yarı-ştat təlimçi kimi çalışır və Java proqramlaşdırma, Spring Boot mövzularında praktiki yönümlü dərslər keçir. Onun dərsləri real layihələr üzərində qurulur və tələbələrin bazarda tətbiq oluna bilən bacarıqlar qazanmasına yönəlib. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter mühəndisliyi üzrə bakalavr, Bakı Mühəndislik Universitetində isə MBA dərəcəsi alıb.